Fikrət Məmmədov və Zakir Qaralovun başçılıq etdiyi nümayəndə heyəti İsveçrədə keçirilən beynəlxalq tədbirdə iştirak edib

Fikrət Məmmədov və Zakir Qaralovun başçılıq etdiyi nümayəndə heyəti İsveçrədə keçirilən beynəlxalq tədbirdə iştirak edib
# 21 sentyabr 2015 17:18 (UTC +04:00)

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun və baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


Ədliyyə naziri Fikrət Məmmədovun iştirak etdiyi senatın iclasında qurumun gələcək inkişaf perspektivləri müzakirə edilib.

İcraiyyə Komitəsinin iclasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib. İclas zamanı cari il ərzində BPA-nın tədbirlərində Azərbaycandan olan fərdi üzvlərinin iştirakı barədə məlumat verilib, gündəlikdə duran təşkilatı məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

Konfransın plenar iclasında çıxış edən baş prokuror Zakir Qaralov Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırıldığını bildirib. Bundan başqa, o, çıxışında Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş 10 sentyabr tarixli qətnaməyə münasibət bildirərək sənədin qərəzli olduğunu qeyd edib. Bu qətnamə ilə bağlı ölkəmizin nümayəndə heyəti adından müvafiq bəyanat tədbir iştirakçıları arasında yayılıb.

BPA-nın ali orqanı olan Ümumi Yığıncaqda qurumun rəhbər orqanlarına seçkilər keçirilmiş, növbəti İllik Konfransın 2016-cı ilin sentyabr ayında İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində keçirilməsi qərara alınıb.

Tədbir zamanı Azərbaycan rəsmiləri Assosiasiyanın prezidenti Qerhard Yaroş, həmçinin İsveçrənin Baş prokuroru Maykl Lauber, Rusiyanın Baş prokuroru Yuri Çayka, eləcə də Qazaxıstan, Ukrayna, Albaniya, Çin, Səudiyyə Ərəbistanı, Bəhreyn və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.

Tədbirdə ölkəmizin İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR