Kvemo Kartli bölgəsindən olan azərbaycanlı gənclər Gürcüstanın Polis Akademiyasında olublar - FOTOSESSİYA

Kvemo Kartli bölgəsindən olan azərbaycanlı gənclər Gürcüstanın Polis Akademiyasında olublar - <span style="color: red;">FOTOSESSİYA
# 17 oktyabr 2014 03:22 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Oktyabrın 16-da Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin təşkilatcılıqı ilə Kvemo Kartli bölgəsindən olan 30 nəfər gənc Gürcüstanın Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Polis Akademiyasında olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlı gənclərə akademiyada həyata keçirilən tədrislə bağlı ətraflı məlumat verilib. Akademiya ilə tanışlıq üçün ilk mərhlədə Kvemo Kartli bölgəsinin azərbaycanlıların kompakt yaşadığı Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarında yaşayan gənclər dəvət olunub və hər rayondan 30 nəfər gəncin iştirakı nəzərdə tutulub. Görüşlər mütəmadi olaraq davam edəcək və gənclərin akademiyaya dəvət olunması yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq sayəsində baş tutacaq. Azərbaycanlı gənclərin Gürcüstanın Polis Akademiyasının tədrisi ilə tanış edilməsində məqsəd gənclərin gələcəkdə burada təhsil almalarına yönəldilib.

Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı APA-ya açıqlamasında bölgədə yaşayan istər azərbaycanlı, istərsə də gürcü gənclərin Polis Akademiyasına dəvət olunmasının sistemli şəkildə planlaşdırıldığını bildirib: "Biz çalışırıq ki, gənclər maksimum şəkildə öz vətənlərində istədikləri yerdə təhsil alaraq, iş ilə təmin olunsunlar. Bu gün Polis Akademiyasında təhsil almaq üçün gənclərimizə hər cür şərait yaradılıb, eyni zamanda bu tədris ocağına qəbul da asanlaşdırılıb. Qeyd edim ki, akademiyaya qəbul olan gənclər üçün dövlət dilinin öyrədilməsi istiqamətində xüsusi kurslar keçirilir”, deyə dövlət nazirinin nümayəndəsi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR