Göygöldə məktəbdə üstünə dəmir boru aşan şagird ölüb - YENİLƏNİB

Göygöldə məktəbdə üstünə dəmir boru aşan şagird ölüb - <span style="color: red;">YENİLƏNİB
# 18 sentyabr 2015 12:34 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 14 yaşlı məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

***

14:13

Göygöl. Azər Məmmədli – APA. Göygöl rayonunda məktəbli bədbəxt hadisə nəticəsində xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaykənd kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR