Azərbaycanda avtomobil yollarının ətrafında ayrılacaq torpaq sahələrinin eni müəyyənləşib

Azərbaycanda avtomobil yollarının ətrafında ayrılacaq torpaq sahələrinin eni müəyyənləşib
# 13 oktyabr 2014 07:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda avtomobil yollarının hər iki tərəfinə eni 3 metrdən az olmayan torpaq sahələri ayrılacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Avtomobil yollarının təhkim zolağının ölçüləri”ndə əksinin tapıb.

Qərara əsasən avtomobil yollarının saxlanılması üzrə işlərin icrası ilə əlaqədar lazımı şəraitin təmin olunması üçün təhkim zolağının ölçülərinə əlavə olaraq avtomobil yollarının hər iki tərəfinə eni 3 metrdən az olmayan torpaq sahələri ayrılmalıdır. Bu tələb ümumi istifadədə olmayan avtomobil yollarının layihələndirilməsi normalarına əsasən torpaq yatağının fərdi layihələndirilməsi tələb olunan,tökmələrdə hündürlüyün və ya qazmalarda dərinliyin maksimal həddi 12 metrdən çox olan, körpülərə, yol ötürücülərinə və tunellərə yanaşmalarda və subasar (çaybasar, çaylaq) və göllərlə (su anbarı, nohur) kəsişmə sahələrində yerləşən, dağlıq və mailliyi 200 promilledən çox olan ərazilərdən keçən yollara şamil olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR