“BakuBus” 3 nömrəli marşrut xəttini istifadəyə verib

“BakuBus” 3 nömrəli marşrut xəttini istifadəyə verib
# 07 noyabr 2015 08:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün “BakuBus” MMC yeni 3 nömrəli marşrut xəttini istifadəyə verib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə noyabrın 7-dən 9dək sınaq olaraq hər gün 8 ədəd avtobus xidmət göstərəcək, noyabrın 10-dan etibarən 3 saylı xətdə 18 ədəd avtovus xidmət göstərəcək.

Fransa istehsalı olan “İveco” avtobusları 3 saylı xətt üzrə “Azadlıq Prospekti” metro stansiyasından başlayaraq – Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi – Səttar Bəhlulzadə - Atatürk prospekti – Nəsib bəy Yusifbəyli küçəsi – Səməd Vurğun küçəsi – Ənvər Qasımzadə küçəsi –Bakıxanov küçəsi – İnşaatçılar prospekti – Ə. Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətində hərəkət edərək, əks istiqamətdə Şəhidlər Xiyabanı - Parlament prospekti – Hüseyn Cavid prospekti – Ə. Haqverdiyev küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Fətəli Xan Xoyski küçəsi – Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi – Atatürk prospekti –Şövkət Məmmədova küçəsi – Cəfər Xəndan küçəsi – İbrahim Paşa Dadaşov küçəsi – Azadlıq prospekti m/st istiqamətində hərəkət edir.

Qeyd edək ki, xəttin ümumi uzunluğu 25,8 km-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR