Əli Əkbər Salehi: ““Altılıq” ölkələrinin qısa müddətdə müzakirə masasına dönəcəyinə ümid edirik”

Əli Əkbər Salehi: ““Altılıq” ölkələrinin qısa müddətdə müzakirə masasına dönəcəyinə ümid edirik”
# 27 aprel 2013 10:49 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Qazaxıstan İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinə üçüncü dəfə ev sahibliyi etməyə hazırdır”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib. Onun sözlərinə görə, rəsmi Tehran “altılıq” ölkələrinin qısa müddətdə müzakirə masasına dönəcəyinə ümid edir: “İranın nüvə proqramının bu il iyunun 14-də ölkədə keçiriləcək prezident seçkiləri ilə heç bir əlaqəsi yoxdur. Çünki İranda hansı hökumət iş başında olursa-olsun, islam respublikasının siyasətini və xalqın istəklərini yerinə yetirməyə borcludur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR