Göyçay sakinindən yarım kiloqrama yaxın narkotik götürülüb

Göyçay sakinindən yarım kiloqrama yaxın narkotik götürülüb
# 05 mart 2015 14:31 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda narkotik vasitə olan marixuananın qanunsuz saxlanılması ilə məşğul olan şəxs tutulub. APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan 1957-ci il təvəllüdlü Cəfərov İlyas Abduləli oğlunun üzərinə baxış keçirərkən ondan çəkisi 6.1 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Sonra onun Göyçay şəhəri, Bakı küçəsindəki 33 saylı ünvanda yerləşən evinə baxış keçirilərkən oradan çəkisi 475 qram olan marixuana aşkar edilib. İlyas Cəfərov tutularaq istintaqa təhvil verilib və barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR