“Azərsu” Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edib

“Azərsu” Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edib
# 19 mart 2013 15:26 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti tərəfindən təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” ASC tərəfindən Novruz bayramı münasibətilə Saatlı rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, un, yağ, şəkər tozu, qənd, düyü və digər ərzaq məhsullarından ibarət yardım Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilib.

“Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin ediblər.

Novruz bayramı ərəfəsində “Birləşmiş Sukanal” MMC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Xocavənd, Ağcabədi, Füzuli, Qusar, Xocalı, Laçın, Cəbrayıl, Ağdam, Siyəsən və Quba rayonlarından olan 141 aztəminatlı ailəyə ərzaq yardımı edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR