Zaur Qəhrəmanov: "SOCAR-ın "Petkim"dəki payı heç vaxt 51%-dən aşağı düşməyəcək"

Zaur Qəhrəmanov: "SOCAR-ın "Petkim"dəki payı heç vaxt 51%-dən aşağı düşməyəcək"
# 01 iyun 2016 11:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR-ın "Petkim Petrokimya Holding A. Ş."-dəki payı heç vaxt 51%-dən aşağı düşməyəcək".

"APA-Economics" xəbər verir ki, bu barədə "SOCAR Turkey Energy" şirkətinin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov deyib.

"Hazırda "Petkim"də 56-57%-lik paya sahibik. Bir şey dəqiqdir ki, SOCAR-ın payı 51%-dən aşağı düşməyəcək. Biz mütəmadi olaraq həm səhm alırıq, həm də satırıq. Hazırda səhmlər bahalaşdığı üçün biz onların bir qismini satırıq və layihələrimizin maliyyələşdirilməsinə yönəldirik", - deyə şirkət rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR