Ucar sakini qəbiristanlıqda həmyerlisini bıçaqlayıb

Ucar sakini qəbiristanlıqda həmyerlisini bıçaqlayıb
# 29 sentyabr 2014 10:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ucarda qəbiristanlıqda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 27-də Ucar rayonunun Qazıqumlaq kənd qəbiristanlığında kənd sakini Dayandur Hacıyev münaqişə zəminində həmkəndlisi Emil Xasməmmədova bıçaqla xəsarət yetirib.

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində D.Hacıyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR