Mixail Saakaşvili barəsində çıxarılan həbs qərarını Putinə hədiyyə kimi qiymətləndirib

Mixail Saakaşvili barəsində çıxarılan həbs qərarını Putinə hədiyyə kimi qiymətləndirib
# 08 avqust 2014 10:34 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsində həbs olunması barədə verilən sanksiyanı “müharibənin ildönümündə Putinə hədiyyə” kimi qiymətləndirib.

APA-nın “Qruziya Online” saytına istinadən yaydığı məlumata görə, sabiq prezident öz bəyanatında hakimiyyətin bu addımının cəmiyyətdə dərin qütbləşmə yaradacağını bildirib: “Mən fəxr edirəm ki, bu qədər axtarmaqlarına baxmayaraq, mənə qarşı əsaslı faktlar tapa bilməyiblər. Sabiq nazir İrakli Okruaşvilinin mənə qarşı ifadəsi var, onu saxtakarlıq və korrupsiyaya görə işdən qovmuşduq. Nino Burcanadze və Çaxalyanın ifadələri var, onları da başa düşmək olar”.

M. Saakaşvili əlavə edib ki, Tblisiyə gedib, həbsxanaya oturmağa vaxtı yoxdur: “Mənim buna vaxtım yoxdur, onların da bunu etməyə imkanı. Nə üçün biz imkan veririk ki, bütün dünyanın gözü qabağında bizi ələ salsınlar? Yəqin, indi Putin Kremldə rəqs edir, çünki mənim həbsim barədə sanksiyanı ona hədiyyə ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR