Azərbaycan diasporunun üzvləri Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Türk şəhidliyini ziyarət edib

Azərbaycan diasporunun üzvləri Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Türk şəhidliyini ziyarət edib
# 02 iyun 2016 13:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Sabah Bakıda işə başlayacaq Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını, Türk şəhidliyini ziyarət edib.

APA-nın xəbərinə görə, Heydər Əliyevin abidəsi önünə və “Əbədi məşəl” kompleksinin qarşısına, Türk şəhidliyinə Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları adından əklillər qoyulub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov dünya azərbaycanlılarının ilk qurultayının 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini xatırladıb.

Onun sözlərinə görə, sabah işə başlayacaq qurultay əvvəlki qurultaylardan formatına görə fərqlənəcək.

N. İbrahimov qeyd edib ki, qurultayda Azərbaycan diasporunun növbəti beş ildə görəcəyi işlər müzakirə olunacaq, bununla bağlı təkliflər dinlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR