Bakı. Hafiz Heydərov - APA. Bakı sakinindən yarım kiloqramdan çox civə götürülüb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elnur Vəliyevdən 560,4 qram civə götürülüb.