Tovuzda bir ailənin üç üzvü yemişdən zəhərlənib

Tovuzda bir ailənin üç üzvü yemişdən zəhərlənib
# 20 iyul 2016 13:00 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 1961-ci il təvəllüdlü Gül Rzayeva, onun qızı, 1989-cu il təvəllüdlü Aliyə Hacıyeva, nəvəsi, 2003-cü il təvəllüdlü Oruc Hacıyev zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Məlumata görə, zəhərlənənlər evdə yemiş yeyiblər və səhhətləri pisləşdiyi üçün müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR