Bakıda köhnə uşaq bağçasında asılmış kişi meyiti tapılıb

Bakıda köhnə uşaq bağçasında asılmış kişi meyiti tapılıb
# 21 iyul 2016 09:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Rüstəm Rüstəmov küçəsi 8 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən əvvəllər uşaq bağçası kimi fəaliyyət göstərmiş tikilinin 2-ci mərtəbəsində asılmış kişi meyiti aşkarlanıb. Araşdırmalar zamanı intihar edən şəxsin rayon sakini, 1960-cı il təvəllüdlü Faiq Həqiqət oğlu Zeynalov olması müəyyən edilib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR