“Texnikabank”ın Yasamal filialının həbsdə olan sabiq müdiri xəstəxanaya yerləşdirilib

“Texnikabank”ın Yasamal filialının həbsdə olan sabiq müdiri xəstəxanaya yerləşdirilib
# 24 aprel 2013 12:49 (UTC +04:00)

APA-nın məlumatına görə, buna səbəb təqsirləndirilən şəxslərdən olan Azər Cəfərlinin səhhətində yaranmış problem olub. A. Cəfərli infarkt keçirib və dərhal müalicə müəssisəsinə yerləşdirilib. Bunun üçün də proses qeyri-müəyyən vaxtadək təxirə salındığı bildirilib.

Xatırladaq ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib.

E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Qeyd olunan cinayət işi üzrə ümumilikdə 25 nəfər təqsirləndirilən şəxs var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR