Binali Yıldırım: “Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi bu ilin axırında başa çatmalıdır”

Binali Yıldırım: “Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi bu ilin axırında başa çatmalıdır”
# 18 avqust 2014 07:49 (UTC +04:00)

Bu sözləri APA-nın Türkiyə müxbiri ilə söhbətində Türkiyənin keçmiş nəqliyyat, kommunikasiya və dənizçilik naziri, AKP İzmir millət vəkili Binali Yıldırım deyib.

“Bakı-Tiflis-Qars dəmir yolundakı sınaq sürüşləri 1 il gecikmişdi və plana görə, bu ilin axırında həyata keçirilməlidir. Sizcə, qrafikdə bu dəfə də dəyişiklik olmayacaq ki?” sualına B. Yıldırım belə cavab verib: “Mən o işləri yeni nazirə təhvil vermişəm, işlərlə onlar məşğuldur. Ancaq sualınızın cavabında bunu deyə bilərəm ki, mən təhvil verənə qədər işlər planlaşdırdığımız şəkildə gedirdi və inşallah, bu ilin axırında dəmir yolunda sınaq sürüşlərini keçirəcəyik”.

Qeyd edək ki, 2002-2011-cü illər arasında Türkiyənin nəqliyyat və kommunkiasiya naziri olan Binali Yıldırım bir sıra böyük infrastruktura layihələrinin həyata keçirilməsinə rəhbərlik edib. 12 iyun 2011-ci ildə keçirilən seçkidən sonra yaradılmış nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyinin başına da Binali Yıldırım gətirilib. 30 martda keçirilən bələdiyyə seçkiləri ərəfəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın təkidiylə İzmir böyük şəhər bələdiyyə başqanlığına namizəd olan Binali Yıldırım bu səbəblə nazir vəzifəsindən ayrılıb. Seçkidə qalib gələ bilməyən Yıldırım, Ədalət və İnkişaf Partiyasında(AKP) sədrin baş müşaviri vəzifəsinə gətirilərək Ərdoğanla yaxın çalışmalarını davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR