Elmar Məmmədyarov Küveyt baş nazirinin birinci müavini və xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Küveyt baş nazirinin birinci müavini və xarici işlər naziri ilə görüşüb
# 29 may 2015 09:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 27-28 may tarixlərində Küveytdə keçirilən 42-ci sessiyası çərçivəsində Küveyt baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında siyasi münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib. Bu xüsusda parlamentlərarası əlaqələrin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsində rolu qeyd olunub. Hökumətlərarası komissiyanın Küveytdə keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsində qarşılıqlı biznes forumların, iş adamları üçün seminarların keçirilməsinin vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR