Tiflisdə keçirilən «GIOGIE-2013» beynəlxalq neft-qaz konfransı bu gün başa çatır - FOTO

Tiflisdə keçirilən «GIOGIE-2013» beynəlxalq neft-qaz konfransı bu gün başa çatır - <span style="color: red;">FOTO
# 27 mart 2013 08:21 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə (Gürcüstan) işini davam etdirən «GIOGIE-2013» beynəlxalq neft, qaz və infrastruktur konfransında əsas müzakirələr Gürcüstandakı investisiya imkanları, bu ölkənin regional və dünya iqtimsadiyyatında, o cümlədən yanacaq-nerji kompleksində rolu ətrafında aparılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən işə başlayan beynəlxalq konfrans Böyük Britaniyanın «Iteca Kavkasia» şirkətinin təşkilatçılığı ilə keçirilir və sayca 12-cidir. Tədbirdə 15 ölkədən 150 nümayəndə iştirak edir.

Konfransı açan Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze Gürcüstana yatırılan investisiyalar və «Şahdəniz» layihəsinin region və Avropa üçün əhəmiyyətindən danışıb. O həmçinin, yeni hakimiyyətin Gürcüstandan keçən neft və qaz boru kəmərlərinin inşası layihələrinə yüksək önəm verdiyini vurğulayıb.

Dünən işə başlayan tədbirdə müxtəlif ölkələri təmsil edən 30-dan çox məruzəçi artıq çıxış edib. Toplantıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, ekspert Gülmirə Rzayeva «Cənub dəhlizi və Azərbaycanda enerji siyasəti» barədə, ARDNŞ-in eksperti Əfqan İsayev isə Azərbaycanda karbamid zavodunun tikintisi barədə ətraflı məlumat veriblər.

Bu gün isə Gürcüstanın energetika nazirinin müavini İlya Eloşvili «Gürcüstanda biznes mühiti və enerji layihələrinin maliyyələşdirilməsi» mövzusunda təqdimatla çıxış edib. Sonra tədbir müxtəlif mövzularda müzakirələr formasında davam etdirilib.

Konfransda Gürcüstan Qaz Korporasiyasının rəhbərliyi, xarici ölkələrin Gürcüstandakı səfirliklərinin nümayəndələri, bank rəhbərləri, Avropa ölkələrindən gələn ekspertlər, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri, aparıcı neft-qaz şirkətlərinin rəsmiləri, beynəlxalq ekspertlər və xarici jurnalistlər iştirak edir.

Tədbirdə regionun aparıcı neft-qaz şirkətlərinin ekspozisiyaları nümayiş etdirilir. Konfrans bu gün başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR