Nazir müavini: “Təhsil Nazirliyində müəllimlərlə bağlı mükəmməl struktur yaradılıb”

Nazir müavini: “Təhsil Nazirliyində müəllimlərlə bağlı mükəmməl struktur yaradılıb”
# 17 aprel 2013 13:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Təhsil Nazirliyində bütün müəllimlər haqqında məlumatlar vahid məlumat bankında toplanır”.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib ki, Dünya Bankının krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində artıq neçə illərdir Təhsil Nazirliyində Təhsilin idarə olunması məlumat sistemi (TİMS) fəaliyyət göstərir. Onun sözlərinə görə, müəllimlərlə bağlı burada çox mükəmməl bir struktur və sistem yaradılıb: “Orada nəinki gənc müəllimlərin, bütün Azərbaycanda, hətta ucqar kəndlərində belə fəaliyyət göstərən müəllimlərə dair bütün məlumatları yerləşdirilib. Bütün parametrlər və yaş qrupu üzrə müəllimlər barədə məlumatlar bu bazaya yerləşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR