Prezident İlham Əliyev: “Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir”

Prezident İlham Əliyev: “Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir”
# 17 mart 2015 14:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Qədim türk torpağı olan Qarsda olmağımdan çox məmnunam. Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyinin məhz Qarsda açılması böyük məna daşıyır. Bu məktəb atam - Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Mən bu gün Qars hava limanına enəndən sonra da ilk olaraq Heydər Əliyevin adını daşıyan parkı və onun abidəsini ziyarət etdim. Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə öz dərin minnətdarlığımı bildirirəm”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Qarsda inşa edilmiş Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyinin açılış mərasimində deyib O bildirib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərib, daim çalışıb ki, Türkiyə-Azərbaycan qardaşlığı möhkəm olsun: “Heydər Əliyevin məşhur kəlamı hamımız üçün nümunədir. Heydər Əliyev deyib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstərmişik. Biz bütün məsələlərdə bir yerdəyik, siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Türkiyə və Azərbaycan bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir. Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir. Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər böyük yol keçib. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir”.

Dövlət başçısı xatırladıb ki, Türkiyə ev sahibliyi edəcəyi “G-20” toplantısına Azərbaycanı dəvət edib: “Bu, əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı möhkəmləndiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR