Naxçıvan Ali Məclisinə əlavə seçkilər təyin edilib - YENİLƏNİB-1

Naxçıvan Ali Məclisinə əlavə seçkilər təyin edilib - <span style="color: red;">YENİLƏNİB-1
# 07 iyun 2016 20:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilməsinin səbəbi məlum olub.

APA-nın məlumatına görə, 1 noyabr 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilmiş İlhamə Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib.

Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının seçki qanunvericiliyin uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, İ. Mustafayeva 1 noyabr 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 7 dekabr 2015-ci il tarixli sərəncamı ilə Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib.

İ. Mustafayeva Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin həyat yoldaşıdır.

***

saat 21.45

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilib.

Qeyd edək ki, 1 noyabr 2015-ci ildə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən İlhamə Mustafayeva Naxçıvan Ali Məclisinə deputat seçilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR