Moskvada 140 «radikal islamçı» saxlanılıb

Moskvada 140 «radikal islamçı» saxlanılıb
# 26 aprel 2013 17:55 (UTC +04:00)

Bakı-APA. Bu gün Moskvada 140 «radikal islamçı» saxlanılıb. Moskva Cənub inzibati dairəsi daxili işlər şöbəsinin məlumatına görə, saxlanılanların arasında 30 əcnəbi var. Saxlanılanların hamısı polis məntəqələrinə aparılıblar.

APA-nın «İnterfaks»a istinadən verdiyi məlumata görə, bu şəxslər ibadət yeri kimi istifadə olunan Moskva Danilovski naberejnı küçəsi 8-də saxlanılıblar. Hüquq-mühafizə orqanların bu şəxsləri Şimali Qafqazdakı silahlılarla əlaqəli olduğunu iddia edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR