Hillari Klinton Virciniya adalarında partiyadaxili seçkilərdə qaliib gəlib

Hillari Klinton Virciniya adalarında partiyadaxili seçkilərdə qaliib gəlib
# 05 iyun 2016 07:28 (UTC +04:00)

Bakı-APA. ABŞ-da prezident seçkilərində Demokrat Partiyasından namizədlər arasında favorit sayılan Hillari Klinton partiyadaxili seçkilərdə rəqibi Berni Sanders üzərində növbəti qələbə qazanıb.

APA-nın AVS telekanalına istinadən verdiyi məlumata görə, Virciniya adalarında keçirilən ilkin seçkilərdə H. Klinton qalib gəlib.

H. Klinton bu seçkilərdə 7 qurultay nümayəndəsinin səsini qazanıb. Beləliklə, hazırda H. Klinton 2316, B. Sanders 1547 qurultay nümayəndəsinin dəstəyini təmin edib. Demokrat Partiyasının bu ay keçiriləcək qurultayında partiyanın prezident seçkilərində vahid namizədi olmaq üçün H. Klintona 2338 qurultay nümayəndəsinin dəstəyini təmin etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR