Akademik Ramiz Məmmədov ABŞ-ın nüfuzlu elmi jurnalının redaksiya heyətinin üzvü seçilib

Akademik Ramiz Məmmədov ABŞ-ın nüfuzlu elmi jurnalının redaksiya heyətinin üzvü seçilib
# 16 iyul 2015 07:10 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ABŞ-ın “David Publishing Company” Nəşriyyat Şirkətinin nüfuzlu “Gəmiçilik və okean mühəndisliyi” elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.

AMEA-dan APA-ya verilən məlumata görə, bu nəşr gəmiçilik və okean mühəndisliyi üzrə dünya jurnalları sırasında ən yüksək reytinqə malikdir. Azərbaycan aliminin bu jurnalın redaksiya heyətinə üzv seçilməsi coğrafiya elminin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR