AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test nümunələri hazırlanır

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test nümunələri hazırlanır
# 05 oktyabr 2015 12:36 (UTC +04:00)

AMEA-dan APA-ya verilən məlumata görə, BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər barədə məlumat verərək, iclasın AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün hazırlanmış test nümunələrinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Ə. Əmiraslanov AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” 9 iyun 2015-ci il tarixli Sərəncamının BTEB-yə daxil olan institut və təşkilatlar tərəfindən icrası ilə bağlı məlumat verib. AMEA tarixində ilk dəfə olaraq, doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsinin planlaşdırıldığını bildirən alim hazırda bütün ixtisaslar üzrə test nümunələrinin hazırlandığını qeyd edib.

Ə. Əmiraslanov test tapşırıqlarının düzgün cavabları ilə əlaqədar müxtəlif fikir və mübahisələrin meydana gəldiyini vurğulayaraq, imtahanların şəffaf və obyektiv şəkildə təşkilini təmin etmək məqsədilə ümumi bir test bazası və yeni proqramın hazırlanmasının məqsədəuyğun olduğunu dilə gətirib.

O, qeyd edib ki, AMEA-da doktoranturaya qəbul olmaq istəyən elmi tədqiqatçıların biliyinin düzgün qiymətləndirilməsi baxımından test sisteminin tətbiqi ən doğru seçimdir. Akademik biologiya və tibb ixtisasları üzrə şifahi imtahanların da təşkilinin zəruri olduğunu vurğulayıb.

Sonra institut direktorları çıxış edərək müxtəlif ixtisaslar üzrə hazırlanmış test tapşırıqlarını təqdim ediblər. Botanika İnstitutu tərəfindən “Botanika”, “Biokimya, “”Biofizika”, “Molekulyarbiologiya” və “Bitkifiziologiyası”, Zoologiya İnstitutu tərəfindən “Zoologiya”, “Entomologiya”, “Parazitologiya”, Fiziologiya İnstitutu tərəfindən “Fiziologiya”, “Biokimya”,Mikrobiologiya İnstitutu tərəfindən “Mikrobiologiya”, “Mikologiya”, “Biotexnologiya” və Dendrologiya İnstitutu tərəfindən “Botanika” ixtisası üzrə hazırlanmış testlər barədə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR