Orxan Zeynalov məhkəmədə son söz deyib - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

Orxan Zeynalov məhkəmədə son söz deyib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyul 2014 12:10 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesi davam etdirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə Orxan Zeynalovun vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Vəkil Viktor Anikuşkin çıxışında bildirib ki, Rusiya hüquq-mühafizə orqanları təqsirsizlik prezumpsiyasına tüpürüb: “Orxan Zeynalov saxlanılan zaman kobud qanun pozuntusuna yol verilib. Bütün televiziya kanallarında da bu göstərilib. Orxan saxlanılan zaman ona elektroşok verilib, döyülüb, cinayət işi üzrə yeganə şahid olan Kseniya Popovanın ifadələrində həm istintaq, həm də məhkəmə zamanı ziddiyyətli məqamlar aşkar olunub. O, istintaq və məhkəmə zamanı Orxanla Yeqor arasında mübahisənin hansı səbəbdən baş verdiyini deyə bilməyib. Orxan Zeynalov, özünün dediyi kimi günahsızdır, cinayət törətməyib. Hesab edirik ki, ona bəraət verilməlidir” .

O. Zeynalovun digər vəkili Abbasmirzə Abdullayev də çıxışında K. Popovanın ifadəsində ziddiyyətli məqamların olduğunu söyləyib: “Biz məhkəmədən Kseniya Popovanın yalan detektorundan keçirilməsini tələb etdik. Lakin vəsatətimiz təmin olunmadı. Hesab edirik ki, o, nəyisə gizlədir. Onun barəsində qanuni hökm çıxarılmasını xahiş edirik. Orxan günahsızdır” .

Daha sonra prosesdə O. Zeynalov son söz deyib. O, günahkar olmadığını deyib: “Hadisə baş verən gün Moskvada olmamışam. Bütün bunlar əvvəlcədən hazırlanmış ssenaridir. Çünki “Pakrov” bazarını bağlamaq istəyirdilər. Ona görə də bunu düzüb qoşdular. Mən bu gün günahsız yerə burda oturmuşam. Yeqorun ölüb-ölmədiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, mən heç kimi öldürməmişəm. Allah hamısını görür. Mən onu öldürsəydim, Rusiyadan qaçardım”.

Sonra məhkəmə hökmünün iyulun 28-də elan olunacağı bildirilib.

***

13:19

Moskva. Fərid Əkbərov - APA. Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesi davam etdirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Orxan Zeynalova 10 ilini ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il iş istəyib.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhedlər” Qərbi Birulyovo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhedlər” polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.

O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib.

İstintaq orqanı tərəfindən O. Zeynalova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 -ci maddəsi (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb. O. Zeynalovu 8 ildən 20 ilədək, ya da ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR