"Bank VTB (Azərbaycan)" müştərisinə avtomobil qazandırıb - FOTO

"Bank VTB (Azərbaycan)" müştərisinə avtomobil qazandırıb - <span style="color: red;">FOTO
# 17 sentyabr 2015 09:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)”ın baş ofisində keçirilən “Uduşlu hesab” lotereyasında qaliblər müəyyən edilib.

Bankdan “APA-Economiocs”ə verilən xəbərə görə, lotereya “Uduşlu hesab” aksiyası çərçivəsində “Sərfəli” depoziti üzrə manatla əmanət yerləşdirən 332 müştəri arasında oynanılıb.

Lotereya kuponlar arasında təsadüfi seçim üsulu ilə lototron vasitəsi ilə aparılıb. Oyuna 5 nəfərdən ibarət tiraj komissiyası nəzarət edib. İştirakçılar arasında 44 qiymətli hədiyyə oynanılıb: səyahət turları, ev kinoteatrları, İphone 6 mobil telefonları, İpad Air 2 planşetləri, LCD televizorları, HP Pro book noutbukları, “Canon” fotoaparatları, mikrodalğalı sobalar, mətbəx kombaynları və əsas mükafat - Chevrolet Cruze.markalı avtomobil.

“Uduşlu hesab” aksiyası 2015-ci il 15 iyul -15 sentyabr tarixində keçirilib. Aksiyada “Sərfəli” depoziti üzrə ən azı 1000 manat məbləğində əmanət yerləşdirən müştərilər iştirak edib. Beləliklə, hər 1000 manatlıq hesab müştərilərə bir bilet qazandırıb.

“Uduşlu hesab” aksiyası çərçivəsində müştərilər pul vəsaitlərini ancaq milli valyutada yerləşdirib, özü də sərfəli faiz dərəcələri ilə. Aksiyanın yekununda biz əminliklə deyə bilərik ki, əhalinin manatla olan əmanətlərə marağı artıb, dəyərli hədiyyələr və yüksək faiz dərəcəsi daha çox sayda müştərinin iştirakını stimullaşdırıb”, – deyə “Bank VTB (Azərbaycan)”ın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.

Lotereya qaliblərinin siyahısı ilə “Bank VTB (Azərbaycan)”ın saytında tanış olmaq olar: http://vtb.az/personnel/depositspersonnel/aktsiya-vygodnoe-leto.php

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR