Azərbaycan Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmini artırıb

Azərbaycan Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmini artırıb
# 08 iyul 2014 07:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində 2 579 385 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur.

Bu həcmin 1 795 015 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 282 527 ton təşkil edib ki, bu da 2013-cü ilin yanvar-iyun aylarına nisbətdə 4,8% azdır.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan istismara verilən gündən bu il iyul ayının 1-ə qədər Ceyhan limanından 247 426 441 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR