Pakistan Senatının Komitə sədri: “Azərbaycanda seçki sistemi düzgün qurulub” - FOTO - VİDEO

Pakistan Senatının Komitə sədri: “Azərbaycanda seçki sistemi düzgün qurulub” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 noyabr 2015 11:38 (UTC +04:00)

Bakı. Jalə Məmmədli - APA. "Apardığımız müşahidələrə əsaslanaraq onu deyə bilərik ki, seçki ədalətli və şəffaf keçdi. Deyə bilərik ki, Azərbaycanda seçki sistemi düzgün qurulub".

APA-nın məlumatına görə, bunu noyabrın 1-i parlament seçkilərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı adından müşahidəçi, Pakistan Senatının Müdafiə Komitəsinin sədri Muşahid Hüseyn Səid deyib.

Seçki günü planlaşdırılmayan seçki məntəqələrinə baş çəkdiklərini deyən müşahidəçi seçicilərlə, müşahidəçilərlə, seçki komissiyasının üzvləri ilə görüşmək imkanlarının olduğunu bildirib: “Apardığımız müşahidələrə əsaslanaraq onu deyə bilərik ki, seçki ədalətli və şəffaf keçdi. Yaşlı insanların belə soyuq havada səsverməyə gəlməsi Azərbaycanda seçki mədəniyyətinin olduğunu bir daha sübut edir. Biz seçkinin uğurla başa çatması münasibət ilə Azərbaycan xalqını təbrik edirik".

Prezident İlham Əliyevlə noyabrın 1-də baş tutan görüşünün təəssüratlarından danışan Muşahid Hüseyn Səid bu görüşü xalqlar arasında sevginin bariz nümunəsi olduğunu açıqlayıb: “Azərbaycan prezidenti dünən bizimlə çox səmimi görüş keçirdi. Pakistan Qarabağla bağlı bütün məsələlərdə Azərbaycanı dəstəkləyir. Ona görə də biz Ermənistanla bütün əlaqələrimizi kəsmişik. Azərbaycan və Pakistan hakimiyyətləri xalqlarının rifahı üçün çalışır”.

Nümayəndə heyətinin digər üzvləri çıxış edərək , seçkinin demokratik şəkildə keçdiyini vurğulayıb, Azərbaycanda qadınların və kişilərin bərabər hüquqlarının olduğunu diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR