“Anglo Asian Minning” 4 mln. dollarlıq kredit cəlb edib

“Anglo Asian Minning” 4 mln. dollarlıq kredit cəlb edib
# 23 may 2015 09:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Böyük Britaniyanın “Anglo Asian Minning” şirkəti 4 mln. dollarlıq kredit cəlb edib.

Bu barədə “APA-Economics”ə şirkətdən məlumat verilib.

Məlumata görə, Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan “Anglo Asian Mining” (AAM) şirkətinin prezidenti və baş icraçı direktoru Reza Vəziri AAM-ə 4 mln. dollar məbləğində kreditin ayrılmasına razılıq verib.

2016-cı ilin yanvarın 8-dək verilən kredit illik 10% dərəcəsi ilə ayrılıb. Razılığa əsasən, faizlər müddətin sonunda ödəniləcək. Bununla belə, kreditin vaxtından qabaq ödənilməsi də mümkündür.

Şirkət kredit vəsaitlərini dövriyyə kapitalının artırılmasına yönəltmək niyyətindədir. İlkin olaraq bu məqsəd üçün 2 mln. ABŞ dolları yönəldiləcək.

Şirkətin müstəqil direktorlarının fikrincə, səhmdarların maraq göstərdiyi kreditin şərtləri ədalətli və ağlabatandır.

Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan PSA tipli müqaviləyə əsasən, Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.

6 yatağın işlənməsini nəzərdə tutan müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR