Bakı sakinini qarət edən şəxslər tutulub - APA TV

Bakı sakinini qarət edən şəxslər tutulub - <span style="color: red;">APA TV
# 18 mart 2013 15:37 (UTC +04:00)

Bakı – APA TV. Ötən ilin iyul ayında Xətai rayonu Neapol küçəsi, ev 5, mənzil 6 ünvanında yaşayan Qızılgül Əliyevanın mənzilinə daxil olaraq, zor tətbiq etməklə qadının 35 min manatdan artıq pulunu, 2 min ABŞ dollarını və 30 min manat dəyərində qızıl-zinət əşyalarını, o cümlədən mənzildə olan 3 ədəd mobil telefonunu oğurlayan Orxan İsmayılzadə və Rüfət Əliyev rayonun 34-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

APA TV-nin məlumatına görə, istintaq hərəkətləri nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslər 35 min manatdan çox pulu 3 ayda xərcləyib, daha sonra şirniklənərək, yeni cİnayətlərə əl atıblar.

Onların müxtəlif vaxtlarda quldurluq, soyğunçuluq və oğurluq törətməklə vətəndaşlara külli miqdarda ziyan vurması ehtimal olunur.

Faktla bağlı Cinayət Məcəlləsinin 181 və 315-ci maddələri ilə istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR