Bakıda bağ evinə basqın edilib

Bakıda bağ evinə basqın edilib
# 25 avqust 2015 07:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bağ evinə basqın edilib.

APA-nın məlumatına görə, İsmayıllı rayon sakini, Nardaran qəsəbə Bağlar massivi 23-cü dalan nömrəsiz evdə yaşayan Xavər Osman qızı İsmayılova 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün bağ evində olan vaxt iki nəfər naməlum şəxs yaşadığı evə daxil olub.

Evə daxil olan naməlum şəxslər ona hədə-qorxu gələrək 500 manat pulu alaraq gedib.

Hazırda ərizə üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR