Bakıda iki yanğın olub, bir nəfərin cəsədi tapılıb, sakinlər təxliyə olunub, bir hamilə qadın və azyaşlı uşağı xilas edilib

Bakıda iki yanğın olub, bir nəfərin cəsədi tapılıb, sakinlər təxliyə olunub, bir hamilə qadın və azyaşlı uşağı xilas edilib
# 24 mart 2013 11:48 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda 1942-ci il təvəllüdlü Roşkova Svetlana Anatolyevnaya məxsus, ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzildə 3 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibinin cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Digər yanğın hadisəsi isə Nərimanov rayonu ərazisində baş verib. Çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabelləri 80 p.m yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 6 sakin təxliyə, 1 hamilə qadın ilə azyaşlı uşağı isə yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 11:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR