MSK katibi Mikayıl Rəhimli: “Şəffaf və ədalətli seçkilər keçirmək istəyirik” - MANŞET

MSK katibi Mikayıl Rəhimli: “Şəffaf və ədalətli seçkilər keçirmək istəyirik” - <span style="color: red;">MANŞET
# 31 avqust 2015 17:12 (UTC +04:00)

"MSK daimi fəaliyyət göstərən orqandır. Seçki prosesi ilə bağlı tədbirlərə artıq start verilib"

"Artıq seçicilərin yeni ünvanlarına bildirişlər göndərilməyə başlanıb, əsas odur ki bütün seçicilər bu bildirişlərlə təmin olunsun və onlar seçkilərdə iştirak etsin"

"Öz təcrübəmizi təkmilləşdirir, yaxşı olan praktikanı Azərbaycanda həmişə tətbiq edirik"

"Seçicilərin əl çatan informasiyanı əldə etmələri üçün MSK-nın saytı fəaliyyət göstərir. Saytımız bu il daha da təkmilləşdirilmişdir"

"Beynəlxalq müşahidəçilərin seçkiyə 10 gün, yerli müşahidəçilərin isə 5 gün qalmışa qədər qeydiyyatdan keçmə hüququ var"

”Beynəlxalq müşahidəçiləri Milli Məclis və MSK-nın dəvət etmə hüququ var. Artıq müvafiq təşkilatlara dəvətlər göndərilib "

"MSK marağındadır ki, seçkilər beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilsin və prosesə qiymət verilsin"

"Biz səmimi və ədalətli tərəfdaşlar dəvət edirik"

"Seçicilərin istənilən şikayəti baxılmamış qalmayacaq"

"Hədəf hər bir azərbaycanlının seçkidə iştirakını təmin etməkdir"

"Hər bir kəs seçicidir və hər bir vətəndaşın seçmək hüququ var”

"Namizəd, deputat olmaq istəyənlər çəkinməsin, işlərini qanunauyğun, düzgün qurduğu təqdirdə MSK-da heç bir problemlə qarşılaşmayacaqlar"

"Seçki qanunvericiliyi elə qurulub ki, hər kəs seçkiyə qədər hüquqlarını təmin edə bilər"

"Seçicilərlə işləmək üçün 22-23 gün qısa müddət deyil, hər bir namizəd seçicilərə fikirlərini çatdırıb, onlarla rahat işləyə bilər"

"Namizədlər rəqabət mühitində qanunun yol verdiyi formada vədlər verə bilərlər, amma Azərbaycan seçicisi kifayət qədər ayıq və gerçək vədləri olan namizədləri seçmək iqtidarındadır"

"KİV-in bizim işimizi işıqlandırmaqla bağlı heç bir baryeri yoxdur, seçki komissiyalarının işinə müdaxilə etməmək şərti ilə istədiyi informasiyanı ala bilər"

"Şəffaf və ədalətli seçkilər keçirmək istəyirik və bunu kütləvi informasiya vasitələri olmadan etmək olmaz"

"İki ay ərzində maarifləndirmə tədbirləri davam edəcək, ötən illərlə müqayisədə bu proses daha genişmiqyaslı olacaq və seçki obyektlərini də əhatə edəcək"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR