Gələn ay Ukrayna Azərbaycanlıları Konqresinin seçki konfransı keçiriləcək

Gələn ay Ukrayna Azərbaycanlıları Konqresinin seçki konfransı keçiriləcək
# 17 aprel 2013 07:24 (UTC +04:00)

APA-nın məlumatına görə, Məclis üzvləri Ukraynada diaspor təşkilatlanmasını inkişaf etdirmək yollarını müzakirə ediblər. Qeyd olunub ki, regional təşkilatlar arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün seçki konfransının keçirilməsi, Ukrayna Azərbaycanlıları Konqresinə sədr seçilməsi vacibdir. Bundan başqa Konqresin fəaliyyəti ilə bağlı yaranmış situasiyanın Məclisin iclasına ciddi təsir etdiyi də nəzərə çarpıb. Çıxış edən natiqlər bildiriblər ki, vəziyyət düzəldilməli, qeyri-müəyyənliyə ən yaxın vaxtlarda son qoyulmalıdır. Məclis mayın ikinci yarısında Ukrayna Azərbaycanlıları Konqresi seçki konfransının keçirilməsi barədə qərar qəbul edib. Toplantıda Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Asim Osmanov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR