Azərbaycanda daha bir şirkətə yeni broker lisenziyası verilib

Azərbaycanda daha bir şirkətə yeni broker lisenziyası verilib
# 20 fevral 2013 13:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Texnika Kapital Menecment» MMC-yə broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, «Texnika Kapital Menecment» MMC-yə sözügedən lisenziya 5 il müddətinə verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş lisenziyalar qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR