Misirdəki qəzanın qurbanlarının cəsədlərini daşıyan dördüncü təyyarə Sankt-Peterburqa yola düşüb

Misirdəki qəzanın qurbanlarının cəsədlərini daşıyan dördüncü təyyarə Sankt-Peterburqa yola düşüb
# 08 noyabr 2015 04:41 (UTC +04:00)

Bakı-APA. Misirdəki təyyarə qəzasının qurbanlarının qalıqlarını daşıyan dördüncü təyyarə Sankt-Peterburqa yola düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.

“Təyyarə bu gecə Qahirədən Moskvaya yollanıb. FHN-nə məxsus “İL76” tipli təyyarə ilə qəzada ölənlərin pasport və şəxsi əşyaları, həmçinin, cəsədlərin qalıqları gətirilir”, məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR