Boyko Borisov: "Bolqarıstan Cənub qaz dəhlizi ilə Azərbaycan, Türkmənistan və İrandan qaz tədarük etmək niyyətindədir"

Boyko Borisov: "Bolqarıstan Cənub qaz dəhlizi ilə Azərbaycan, Türkmənistan və İrandan qaz tədarük etmək niyyətindədir"
# 15 sentyabr 2015 21:29 (UTC +04:00)

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu “Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi və energetika infrastrukturu” mövzusunda Sofiyada keçirilən konfransda Bolqarıstanın baş naziri Boyko Borisov bildirib.

Boyko Borisov Bolqarıstan, Rumıniya, Yunanıstan və Serbiyanın qaz-nəqliyyat sistemlərinin birləşdirilməsinin vacibliyini vurğulayaraq bu sahədə həll olunası bir sıra problemlərin olduğunu qeyd edib.

Rusiyanın “dondurduğu” “Cənub axını” qaz borusuna toxunan Boyko Borisov bu layihənin bağlanması ilə bağlı Sofiyaya indiyədək heç bir sənədin təqdim edilmədiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR