BMT İrana yardım təklif edib

BMT İrana yardım təklif edib
# 10 aprel 2013 13:18 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “BMT İranın Buşəhr vilayətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün kömək etməyə hazırdır”. APA-nın məlumatına görə, bu barədə BMT-nin baş katibi Pan Gi Mun deyib. O bildirib ki, BMT təbii fəlakətə görə, beynəlxalq dəstəyi təşkil edə bilər.

Qeyd edək ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6.1 bal gücündə zəlzələ baş verib. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub. İndiyədək ərazidə 90 təkrar təkan qeydə alınıb. Hadisə nəticəsində 39 nəfər ölüb, 850 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR