I Avropa Oyunlarının medalları necə hazırlanır? - XÜSUSİ REPORTAJ - VİDEO

I Avropa Oyunlarının medalları necə hazırlanır? - <span style="color: red;">XÜSUSİ REPORTAJ  - <span style="color: red;">VİDEO
# 06 iyun 2015 11:08 (UTC +04:00)

İyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır. APA TV-nin xəbərinə görə, mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı “Bakı-2015”in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək. Medalları "Azərsuvenir" şirkəti Bakıda hazırlayıb. Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı “Bakı-2015”in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın bir üzündə “Bakı-2015”in loqosu, digər tərəfində isə Olimpiya rəmzi olan halqalar əks olunub.

“Bakı 2015” Avropa Oyunlarının atlet xidmətləri və əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod deyir ki, 20 idman növü və müxtəlif kateqoriyalar üzrə mükafatlandırmaq üçün 2000-dən çox medal hazırlanıb: “Birinci təltif olunacaq medallar qadınlar üzrə dağ velosipedində, Bakı Veloparkında, sonuncusu isə Çimərlik futbolunun oyunçularına Avropa Oyunları Parkında təqdim olunacaq. Sizə nümayiş olunan bu medallar artıq hazır məhsullardır".

Medalların hər birinin çəkisi 380 qram olmaqla qızıl, gümüş, və bürünc medallardır. Onlara veriləcək xüsusi qutularda var ki, bu qutular medalları içinə və üstünə qoymaq üçün nəzərdə tutulur.

Yarışlarda qalib olan hər bir idmançıya bir gül dəstəsi də veriləcək. Bu gülün özəlliyi isə burada narın gül dəstəsinin mərkəzidə olmasıdır. Bu da simvolik məna daşıyır.

Bundan əlavə bütün idmançılar həmin idman növündə iştirak etdiyinə görə təltif edəcəyik. Qızıl gümüş və bürünc medalı qazana bilməyən idmançılar Bakıdan xatirə olaraq bir qədər kiçik ölçülü medallarla yola salınacaqlar.

"Azərsuvenir" MMC-nin direktoru Tariyel Ağayevin sözlərinə görə, qurumun yaradılmasında əsas məqsəd Azərbaycanın tarixi, incəsənətində milli adət-ənənələrinə məxsus milli naxışlarla suvenirlərin hazırlanmasıdır: “Biz ilk Avropa Oyunlarının vətənimizdə keçirilməsi hər birimiz üçün böyük fəxrdir. Bizim birinci prinsipimiz güclü olan qalib gəlsin prinsipidir. Hər bir medal idmançıların boynundan asılanda biz bir daha qürur hissi keçirəcəyik. bizim də bu işdə əməyimizin olmağını yüksək dəyər kimi qiymətləndirəcəyik. Azərbaycanlı idmançıların da bu medalları çoxlu sayda qazanmasını və medalların Azərbaycanda qalmasını arzu edərdim”.

Xatırladaq ki, I Avropa Oyunlarında 6 min idmançı 20 idman növü üzrə yarışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR