Şəki sakini həmkəndlisini bıçaqlayaraq, öldürüb

Şəki sakini həmkəndlisini bıçaqlayaraq, öldürüb
# 11 noyabr 2012 14:01 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Azərbaycanın Şəki rayon sakini həmkəndlisinə 4 bıçaq zərbəsi vuraraq, qətlə yetirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər-rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 1963-cü il təvəllüdlü, Şəki rayonu Zunud kənd sakini Həşimov Araz Məhyəddin oğlu və onun həmkəndlisi, 1977-ci il təvəllüdlü İbrahimxəlilov Söhrab İbrahimxəlil oğlu kənddəki çay evində mübahisə ediblər. Mübahisə davaya çevrilib.

Araz Həşimov üzərində gəzdirdiyi bıçaqla Söhrab İbrahimxəlilova 4 bıçaq zərbəsi vuraraq, hadisə yerindən qaçıb. S. İbrahimxəlilov Şəki Mərkəzi Şəhər Xəstəxanasına(MŞX) aparılarkən yolda ölüb.

Şəki polisinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən Araz Həşimov rayon ərazisində tutularaq istintaqa təhvil edilib.

Fakla bağlı Şəki polisində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR