İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib - FOTO

İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 31 avqust 2015 23:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilati dəstəyi ilə İsveçrənin Bül (Bulle) şəhərində Qlion Ali Təhsil İnstitutunda təhsil alan tələbələrimiz ənənəvi təşkil edilən “Mədəniyyət yarmarkası”nda iştirak edib.

Səfirlikdən APA-ya bildiriblər ki, çoxsaylı şəhər ictimaiyyətinin iştirak etdiyi yarmarkada 7 ölkənin, o cümlədən Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.

Təqdimatda milli musiqimizin nümunələri səsləndirilib, maddi-mədəniyyət nümunələrimiz və Azərbaycanın turizm imkanları, o cümlədən adət-ənənələrimiz barədə qonaqlara ətraflı məlumatlar verilib. İştirakçılara həmçinin milli mətbəximizin təamlarından nümunələr də təqdim olunub, milli rəqslərimiz nümayiş olunub. “Mədəniyyət yarmarkası”nın iştirakçıları Azərbaycana aid stenddə nümayiş olunan eksponatlara və məlumatlara böyük maraq göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR