Ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış Tovuz sakini əməliyyat edilib

Ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış Tovuz sakini əməliyyat edilib
# 26 iyul 2014 11:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ötən gün ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış və Bakıya gətirilərək Kliniki Tibbi Mərkəzdə yerləşdirilən Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Məmmədov əməliyyat olunub. Əməliyyatı aparan mütəxəssis, respublikanın baş üz-çənə cərrahı, professor Çingiz Rəhimov APA-ya açıqlamasında bildirib ki, təxminən 1 saat davam edən əməliyyat artıq başa çatıb. Onun sözlərinə görə, güllə burun boşluğuna daxil olub, çənə sümüyünü yarıb və orada qalıb. Cərah deyib ki, xoşbəxtlikdən güllə onun üzünün digər nahiyələrində heç bir ciddi fəsad törətməyib: “Həyati əhəmiyyətli strukturlardan uzaq olub. Əməliyyatdan sonra xəstənin üzü tam bərpa olunacaq. Güllə yarasının üzdə heç bir izi qalmamalıdır. Bu əməliyyat çətin əməliyyatlara aid edilmir. Gəncin də bəxti gətirib ki, güllə üzün çox strukturlarını zədələməyib”.

Ç.Rəhimov qeyd edib ki, hazırda xəstənin vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, yaralının reanimasiyada qalmasına ehtiyac yoxdur: “Sadəcə, ola bilsin ki, müvəqqəti saxladıq. Qısa zamanda xəstə evinə göndəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR