Ağdamda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Ağdamda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib
# 26 sentyabr 2015 10:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağdamda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 25-də Ağdam rayonunun Əfətli kəndində kənd sakinləri Fərhad İsmayılova və Habil Əliyevə məxsus mağazalardan geyim əşyaları oğurlanıb.

Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax şəhər sakinləri İsmayıl Nadirov, Qumru Nadirova, Gülnaz Seyidova və Sona Nadirova tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR