Bakıda III Beynəlxalq Uşaq Konfransı yekunlaşıb

Bakıda III Beynəlxalq Uşaq Konfransı yekunlaşıb
# 17 noyabr 2014 14:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “3R - Reuse, Reduce, Recycle” (Yenidən istifadə et, Azalt, Çeşidlə) şüarı altında keçirilən III Beynəlxalq Uşaq Konfransı öz işini yekunlaşdırıb.

“Təmiz şəhər” ASC-dən “APA-Economics”ə daxil olna məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilən konfransda Almaniya, Latviya, Macarıstan, Ukrayna, Rusiya, Belarusdan olan iştirakçılar Bakıdan yeni biliklər və xoş təəssüratlarla ayrılıblar.

Konfransın son günündə xarici və azərbaycanlı məktəblilər ASAN xidmət mərkəzində olublar. Konfrans iştirakçıları yarım gün könüllü kimi ASAN üçün işləyiblər.

Daha sonra konfrans Qala qəsəbəsində Etno-Ekoloji Mərkəzdə uşaq qruplarının layihələrinin təqdimatı olub. Məktəblilər təklif olunan layihələri müzakirə ediblər.

“EkoSfera” mərkəzinin təşkilati dəstəyi ilə keçirilən konfransın sonunda tədbir iştirakçılarına diplomlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR