Bank Of Baku

Əlverişsiz hava ilə bağlı Lənkərana enən təyyarə Naxçıvana yola düşüb - YENİLƏNİB

Əlverişsiz hava ilə bağlı Lənkərana enən təyyarə Naxçıvana yola düşüb - YENİLƏNİB
# 08 iyun 2019 17:13 (UTC +04:00)

Əlverişsiz hava şəraiti ilə bağlı Lənkərana eniş edən Bakı-Naxçıvan təyyarəsi Naxçıvana yola düşüb. Bu barədə APA-ya AZAL-dan bildirilib.

***

16:34

Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) təyyarəsi Lənkəran hava limanına (LLK) enib. 

AZAL-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təyyarə yerli vaxtla saat 15:08-də ​​təhlükəsiz yerə enib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.

Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcəklər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR