Ağdam Şəhəri Günü münasibətilə yarmarka təşkil olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, yarmarka İmarət Kompleksində keçirilir.
Yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar nümayiş etdirilib. Qonaqlara milli mətbəxin nümunələri olan plov, qutab, şirniyyat və çay təqdim olunub.
Tədbir çərçivəsində milli musiqi proqramı təşkil edilib.
Yarmarkada Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də müxtəlif qurumların rəhbər şəxsləri iştirak ediblər.
Emin Hüseynov yarmarkada nümayiş etdirilən məhsullarla tanış olub.