2019-cu ilə Azərbaycanda əsas telefon aparatlarının sayı 1,6 milyona çatacaq - PROQNOZ

2019-cu ilə Azərbaycanda əsas telefon aparatlarının sayı 1,6 milyona çatacaq - <span style="color: red;">PROQNOZ
# 28 sentyabr 2015 13:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda 2016-2019-cu illərdə əsas telefon aparatlarının sayı ilə bağlı proqnoz açıqlanıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin zərfində yer alan məlumatda qeyd edilib.

Gələn il ölkədə əsas telefon aparatlarının sayı 1 mln. 525,6 min ədəd olacağı proqnozlaşdırılır. Bu, 2015-ci illə müqayisədə 20,9 min ədəd və ya 1,39% çoxdur.

2017-ci ildə ölkədə əsas telefon aparatlarının sayı 1 mln. 549,1 min ədəd olacağı planlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 23,7 min ədəd və ya 1,55% çoxdur.

2018-ci ildə Azərbaycanda əsas telefon aparatlarının sayının 1 mln. 573,2 min nəfər olması nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 24,1 min nəfər və ya 1,55% çoxdur.

2019-cu ildə isə ölkədə əsas telefon aparatlarının sayının 1 mln. 599,8 min ədəd olması proqnozlaşdırılır ki, bu da 2018-ci illə müqayisə etdikdə 26,6 min ədəd və ya 1,69% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR