SEBA və Koreya Fondu arasında anlaşma memorandumu imzalanıb  - FOTOSESSİYA - VİDEO

SEBA və Koreya Fondu arasında anlaşma memorandumu imzalanıb  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 oktyabr 2014 14:49 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in də iştirak edib.


Mərasimdə çıxış edən SEBA-nın prezidenti Ruhəngiz Heydərova Azərbaycan Koreya əlaqələrinin günü-gündən inkişaf etdiyini bildirib. R. Heydərova Koreya və Azərbaycan arasında əlaqələrin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. O, 2004-cü ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan SEBA-nın Azərbaycan və Koreya arasında mədəni əlaqələrin inkişafında yaxından iştirak etdiyini deyib. Qeyd olunub ki, assosiasiya tərəfindən keçirilmiş mədəniyyət və kino günləri, sərgi, konsert, elmi simpoziumlar, aztəminatlı, məcburi köçkün və qaçqın ailələri üçün ictimai tibbi xidmətin təşkili, arxeoloji qazıntıların aparılması, eləcə də Şərq Təbabət Klinikasının açılışı bunun bariz nümunəsidir. R. Heydərova deyib ki, SEBA-nın fəaliyyəti müxtəlif dövrlərdə həm Koreyanın Bakıdakı səfirliyi, həm də Azərbaycanın Seuldakı səfirliyi tərəfindən dəstəklənib. O, bu memorandumun iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına inandığını söyləyib.


Koreya Fondunun prezidenti dr. Yu Hyun-Seok çıxışında Azərbaycan və Koreya əhalisinin bir-birini daha dərindən anlaması üçün ikitərəfli mədəni əlaqələri təkmilləşdirmək və gücləndirməyin vaxtının çatdığını vurğulayıb. Onun sözlərinə görə, SEBA və Koreya Fondu arasındakı sıx əməkdaşlıq iki ölkənin insanlarını və mədəniyyətini birləşdirmək üçü mühüm körpü rolunu oynayacaq. Yu Hyun-Seok deyib ki, mədəniyyət mübadiləsini artırmaqla iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi zamanı çatıb: “Bu sahədə Ruhəngiz Heydərovanın rəhbərlik etdiyi Assosiasiya Koreya Fondunun ən böyük tərəfdaşı olub. Bu memorandumun imzalanması ilə ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə inanıram”.


Daha sonra SEBA və Koreya Fondu arasında Memorandum imzalanıb.


Qeyd edək ki, 1991-ci ildə yaradılan və Koreya Xarici İşlər Nazirliyinin bir bölməsi olan Koreya Fondu Koreyanın ən önəmli ictimai diplomatik təşkilatlarından biridir. Fond mədəni, intellektual, elmi mübadilələr də daxil olmaqla, müxtəlif mübadilə proqramları vasitəsi ilə dünya əhalisi ilə dostlaşmağa səy göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR